“İstefa ver, Ermənistana investisiya yatıraq” - Paşinyana ŞƏRT

“İstefa ver, Ermənistana investisiya yatıraq” - Paşinyana ŞƏRT

Ermənistan müxalifətinin Baş Nazir postuna vahid namizədi, keçmiş müdafiə naziri (1992-1993-cü il) Vazgen Manukyan Ararat vilayətində tərəfdarları ilə görüşüb.

KONKRET.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Paşinyanın Baş Nazir kürsüsündə qalmasına görə, varlı diaspor ermənilərinin ölkəyə investisiya yatırmaq istəmədiyindən gileylənib.

“Bizim 2 maliyyə mənbəyimiz var – aşağı faiz dərəcələri ilə bizə kredit ayıran maliyyə donoları və bizim diaspor, xüsusilə Rusiyadakı diasporumuz. Onların sözlərinə görə, Paşinyanın postundan gedəcəyi halda onlar daha çox investisiya yatırmağa hazırdır”-deyə Manukyan söyləyib.

Vazgen Manukyan Nikol Paşinyanın Baş Nazir postundan istefa vermədən keçirəcəyi növbədənkənar seçkilərə qatılamayacağını da əlavə edib./modern.az/

Mənbə: konkret.az