Sərhəddə gərginlik artdı - İki ölkə üz-üzə

Somali Milli Ordusu ilə ölkənin Keniya tərəfindən dəstəkləndiyi irəli sürülən Xubaland əyaləti əsgərləri arasında şiddətli toqquşma yaşanıb.

Publika.az xəbər verir ki, Afrika Birliyi Komissiyasının sədri Musa Faki Məhəmməd Keniya-Somali sərhədindəki gərginliyi təşvişlə izlədiyini açıqlayıb.

Məhəmməd sərhəddəki sülhün bölgənin sabitliyi üçün həyati əhəmiyyətə sahib olduğunu vurğulayıb.

Qeyd edək ki, Keniya tərəfindən dəstəkləndiyi irəli sürülən Xubaland əyaləti Təhlükəsizlik naziri Əbdirrəşid Xanan liderliyindəki əsgərlər ötən gün Qedo vilayətindəki Baladhavo rayonunda somalili əsgərləri hədəf almışdı. Somali İnformasiya naziri Osman Dube açıq şəkildə Keniyanı ittiham etmiş, Keniya isə iddiaları təkzib etmişdi.

Zümrüd

Publika.az

ƏVVƏLKİ XƏBƏR

“İstefa ver, Ermənistana investisiya yatıraq” - Paşinyana ŞƏRT

SONRAKI XƏBƏR

“Porto”dan “Milan” üçün yarımmüdafiəçi