İran Rusiya peyvəndini qeydiyyata aldı

İran Rusiya peyvəndini qeydiyyata aldı

İran Rusiya istehsalı “Sputnik V” peyvəndini qeydiyyata alıb.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən xəbərinə görə, bu barədə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşdə məlumat verib.

Nazir rəsmi Tehranın sözügedən vaksini tezliklə satın almağa və istehsal etməyə başlayacağına ümid etdiyini ifadə edib.

Mənbə: qafqazinfo.az