"Ənsarullah" rəsmisi ABŞ-ın bataqlıqda olduğunu vurğuladı

"Ənsarullah" rəsmisi ABŞ-ın bataqlıqda olduğunu vurğuladı

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmənin "Ənsarullah" hərəkatının siyasi bürosunun üzvü Əli əl-İmad ABŞ-ın son qərarına münasibət bildirib.

Əli əl-İmad açıqlamasında vurğulayıb ki, "Ənsarullah" hərəkatı müqavimət cəbhəsinin mərkəzində yer aldığı üçün ABŞ-ın hədəfinə gəlib.

"ABŞ əslində öz "demokratiya"larına uyğun olaraq düzgün addım atır. Çünki "Ənsarullah" beynəlxalq imperializmin planlarını puça çıxardır", - deyə Əli əl-İmad diqqətə çatdırıb.

O qeyd edib ki, ABŞ bu addım ilə bataqlığa daha çox batacaqdır.

Mənbə: eastnews.org