Pakistan səfirliyi viza verilməsində dəyişiklik etdi

Pakistan səfirliyi viza verilməsində dəyişiklik etdi

Fevralın 1-dən etibarən Pakistanın Azərbaycandakı səfirliyi vizaların elektron qaydada verilməsinə başlayacaq.

KONKRET.az xəbər verir ki, bununla əlaqədar olaraq Pakistan səfirliyinin feysbuk hesabında bildiriş yayımlanıb.

“1 fevral 2021-ci il tarixindən etibarən bütün müraciətçilərin viza müraciətlərini www.visa.nadra.gov.pk portalından həyata keçirməsi tövsiyə olunur”,- deyə bildirişdə qeyd olunub.

Mənbə: konkret.az