Melaniya Tramp ən uğursuz "Birinci xanım" seçildi

Melaniya Tramp ən uğursuz "Birinci xanım" seçildi

Dünya liderlərinin xanımları hər zaman ən azı liderlərin özləri qədər tanınmış olurlar. Lakin zamanla bunun heç də belə olmadığını görürük.

Cebhe.info xəbər verir ki, son günlərdə qalmaqallı gedişi ilə gündəmdə olan Amerikanın eks-prezidenti Donald Trampın xanımı Amerika reytinqində ən uğursuz “First lady” seçilib.
“CNN”-nin apardığı sorğuda məlum olub ki, bu günə kimi reytinq göstəricilərinə görə ən aşağı faiz göstəricisi Melaniya Trampdadır.

Belə ki, seçimlərdən öncə başlayan bu uğursuz reytinq rəqəmləri son ana kimi onun yaxasından düşməyib. Donald Trampla şəxsi münasibətləri haqda gəzən söz-söhbətlər, eləcə də son andakı qalmaqallı gedişləri eks-birinci xanımın irəliləməsinə imkan vermiyib.

Amerika tarixinin ən yüksək reytinq birinci xanımları siyahısında isə Mişel Obama (2009-2017) və Eleanor Ruzvelt (1933-1945) bütün səsvermələrdə ilk “beşlik”də yer almaqdadır.

Gülnarə Məmmədova

Mənbə: cebhe.info