Merkelin keçirdiyi iclasda əyalət başçısı "Candy Crash" oynayıb

Merkelin keçirdiyi iclasda əyalət başçısı "Candy Crash" oynayıb

Almaniyada Turingiya əyalətinin başçısı Angela Merkelin keçirdiyi iclas vaxtı “Candy Crash” oynadığını etiraf etdi
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, koronavirusa həsr olunmuş həmin iclas vaxtı Turingiya əyalətinin başçısı Bodo Ramelovun “Candy Crash” oynadığı orataya çıxıb. Bunu başçı özü iştirak etdiyi bir televiziya proqramında etiraf edib. O hətta bildirib ki, bunu tək o etməyib. Digər başçılar da iclas vaxtı “Sudoku”, “Scrabble” və şahmat kimi oyunlar oynayıblar. Başçının etirafı müxalifət və mətbuat tərəfindən birmənalı qarşılanmayıb. Bu reaksiyalardan sonra o hər kəsdən üzr istəyib.
Ramelov Angela Merkel üçün istifadə etdiyi "Merkelchen" (balaca Merkel, Merkelcik) sözünə görə də sosial şəbəkə hesabında üzr istəyərək bunu cəhalət kimi qiymətləndirib.

Mənbə: www.yeniavaz.com