Müəllimlərin NƏZƏRİNƏ - TARİX AÇIQLANDI

Müəllimlərin NƏZƏRİNƏ - TARİX AÇIQLANDI

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, müsabiqənin müsahibə mərhələsi avqustun 26-dan başlayacaq və sentyabrın 2-dək davam edəcək.

Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müvafiq komissiya tərəfindən müsahibə proqramına uyğun olaraq qiymətləndiriləcək.

Müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə işləmək imkanı əldə edəcəklər.

Qeyd olunub ki, namizədlər şəxsi səhifələrində göstərilən tarixdə müsahibədə iştirak etmədikləri halda, bu, onların seçdikləri vakant yerdən imtinası kimi qeydə alınacaq. Belə namizədlərin müddətli əmək müqaviləsi ilə işə qəbul turlarında iştirakı təmin edilməyəcək.


Mənbə: yenisabah.az