Nazirlik Qəzzadakı vəziyyətlə bağlı BMT-yə çağırış etdi

Nazirlik Qəzzadakı vəziyyətlə bağlı BMT-yə çağırış etdi

Eastnews.org-un verdiyi xəbərə görə, işğalçı İsrail rejiminin mühasirəsi səbəbilə Qəzza zolağına dərmanların daxil olması məsələsi hal hazırda daha da çətinləşib.

Bu barədə Qəzza zolağındakı Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda vurğulanır ki, azyaşlı uşaqların, körpələrin, qocaların və qadınların müalicə oluna bilməməsi ölümlərin sayının artmasına səbəb olur.

Nazirlik Birləşmiş Millətlər Təşkilatına yardım etməsi ilə bağlı çağırış edib.

 

Mənbə: eastnews.org