Gürcüstan XİN başçısı koronavirusa YOLUXDU

Gürcüstan XİN başçısı koronavirusa YOLUXDU

Gürcüstan Xarici işlər naziri David Zalkaliani koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, bununla bağlı diplomat sosia şəbəkədə məlumat verib.

O qeyd edib ki, müalicəsini evdə davam etdirir.

"Bu il 23 yanvar tarixində yoluxmuş şəxslə təmasdan sonra özümü təcrid etdim. Müddəti bitdikdən sonra PCR testindən keçdim. Nəticədə COVID-19 infeksiyası ilə təsdiqləndim. Bu mərhələdə özümü yaxşı hiss edirəm tezliklə qayıdacağam. Dəstək üçün hamınıza çox təşəkkür edirəm. Gəlin bir-birimizlə maraqlanaq və risklərin qarşısını almaq üçün Səhiyyə Nazirliyinin tövsiyələrini mümkün qədər yerinə yetirək" - deyə D.Zalkaliani qeyd edib.

Mənbə: publika.az