Şəhid məzarlarını dağıdanların böyük yanlışı: Dövlət hər şeyi hazırlayıb

Şəhid məzarlarını dağıdanların böyük yanlışı: Dövlət hər şeyi hazırlayıb

- Bastığın yerlərə “torpaq” deyərək keçmə, tanı
- Düşün altında minlərlə kəfənsiz yatanı.

Bu gün bir neçə şəhid ailəsinin şəhid məzarlarında etdikləri bu misraları, bu torpağın altında yatan minlərlə kəfənsiz qəhrəmanı xatırladır. Hətta bu qəhrəmanların bir çoxunun heç məzarı belə yoxdur, amma onlar adlarını bu xalqın yaddaşına, bu ölkənin tarixinə əbədi yazıblar, çünki onlar bu Vətən uğrunda şəhid olublar.

Şəhidlərin uyuduğu Vətən torpağını yaxşı-pisə necə ayırmaq olar?!
Şəhidlər orada dəfn edilməsəydi, kimsə Dağüstün parkdakı Şəhidlər xiyabanını ziyarət edərdimi?!

Bir qrup şəhid ailəsinin şəhid məzarlığında etdikləri, qəbirləri dağıtması və s. fonunda belə suallar yaranır.

Vodegörüntülərdən aydın olur ki, bir qrup insan şəhid olan yaxınlarının dəfn edildiyi ərazidən narazıdır. Düşünürlər ki, onların şəhidlərinə münasibət pisdir.

Birincisi, bütün şəhidlər bu ölkənin, bu xalqın şəhididir;
İkincisi, şəhidlərin dəfn edildiyi hər yer ziyarətgah məkanıdır, xiyabandır;
Üçüncüsü, bu dövlət öz şəhidini nə vaxt unudub ki, indi də unutsun;

Şəhid ailələrinə də, qazilərə də bütün dəstəyi verən dövlətin bununla bağlı layihələri var. Belə ki, şəhidlərin dəfn edildiyi ərazilərdə xiyabanlar yaradılacaq. Bugünkü videonun yayıldığı ərazi ilə bağlı da eksizlər hazırdır.

Vətən müharibəsi başa çatan kimi ilk addım şəhid və qazilərlə bağlı oldu:

- Şəhid ailələrinə birdəfəlik ödəmə verildi;
- Şəhid ailələri və qazilərə aylıq müavinətlər müəyyənləşdirildi;
- Şəhid ailələrinin mənzillə təmin edilməsi istiqamətində işlərə başlandı: qarşıdakı 5 il ərzində bu proses başa çatdırılacaq;

Bunu edən dövlət şəhidinin dəfn olunduğu yeri unuda bilərmi?! Cavab birmənalı olaraq xeyrdir.

Bir qrup şəhid ailəsinin etdiyi isə hər şeydən öncə şəhidlərin ruhuna təhqirdir.

Sual yaranır: şəhidin ailəsi niyə belə hərəkət edir?

Hər şey şəhid ailələrinin emosiyalarından qaynaqlanmır, bu emosiyalardan istifadə edərək, onları yanlış yola yönləndirən(lər)in mövcud olduğu da istisna deyil. Validenylərinin şəhid olmuş övladlarının məzarlarında etdiklərinin başqa izahı yoxdur.

Burada ən xoşagəlməz hal şəhidlərin ruhunun incidilməsi, onların yatdığı torpağın təhqir edilməsidir. Axı şəhidin dəfn olunduğu bütün torpaqlar müqəddəsdir.

Allah Qurani-Kərimdə buyurur: “Onlar Allahın öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər”. (Əli İmran sürəsi).

Allahın bəxş etdiyi ən yüksək rütbəyə ucalanlar baş vrənlərdən şad ola bilməzlər. Çünki qəbirlərin dağıdılması, məzarların zədələnməsi dinimiz İslama da ziddir.

Yaxın günlərdə şəhidlərin dəfn edildiyi ərazilərdə xiyabanlar salınacaq. Bununla bağlı eskizlərin hazır olması dövlətin bu layihəni əvvəldən planlaşdırdığını təsdiq edir. Sadəcə, bir qədər səbr etmək, ən əsası da şəhidlərimizin ruhunu icidədəcək addımlar atmamaq lazımdır.

Asif Nərimanlı

Mənbə: publika.az