Karantin ləğv olunan kimi ən azı 150 min erməni ölkədən qaçacaq - Erməni sosioloq

Müharibədən sonra Ermənistan cəmiyyətində əhval-ruhiyyə getdikcə öləziyir. Dərin ruh düşkünlüyünə qərq olan Ermənistan əhalisinin böyük əksəriyyəti çıxış yolunu mühacirətdə görür. Lakin COVİD -19 üzündən ölkəyə giriş-çıxış məhdudlaşdırılıb.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı “Verelq.am” sosioloq Samvel Manukyanın fikirlərini öyrənib.

Manukyana görə, bu meyillər davam edərsə, bir il içində 150-200 minə qədər erməni mühacirət edə bilər. Köç edənlərin əksəriyyəti Rusiya istiqamətini seçəcək. Bu yalnız ermənilərin ABŞ və Avropa ölkələrinə əlləri çatmaması ilə bağlı deyil. Rusiya yeni bir həyat qurmaq üçün daha çox imkanlar vəd edir. Çünki, asan sosiallaşma, mövcud məşğulluq imkanları Rusiyada daha böyükdür. Üstəlik, bu ölkədə dil maneəsi yoxdur. Ən böyük erməni icması bu ölkədədir.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

"Azəriqaz" İB əhaliyə necə "torba tikir?" - İNANILMAZ FAKTLAR

SONRAKI XƏBƏR

Arayik Arutyunyan "çətin qərarlar" dedikdə nə demək istəyib?!