Ermənistan nümayəndə heyətinin AŞPA-nın monitorinq prosedurunun inkişafına dair təklifləri rədd edilib

AŞPA-nın qış sessiyası çərçivəsində qurumun monitorinq prosedurunun inkişafına dair qətnamə layihəsi müzakirə olunaraq qəbul edilib

Trend xəbər verir ki, Ermənistan nümayəndə heyətinin qətnaməyə dəyişikliklər edilməsi ilə bağlı cəhdləri iflasa uğrayıb. Ermənilərin təklif etdiyi dəyişikliklər səs çoxluğu ilə rədd edilib. Erməni nümayəndə heyəti AŞPA qətnaməsinə üçtərəfli bəyanat qüvvəyə mindikdən sonra Azərbaycan ərazilərində saxlanılmış diversant və terrorçuları hərbi əsir kimi təqdim edərək, onlara qarşı cinayət işi açılmasına etirazları, hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin mübadiləsi, eləcə də erməni dini abidələri ilə bağlı bir neçə dəyişiklik təklif edib.

Təkliflərin heç biri səsvermədən keçməyib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

"Azəriqaz" İB əhaliyə necə "torba tikir?" - İNANILMAZ FAKTLAR

SONRAKI XƏBƏR

Arayik Arutyunyan "çətin qərarlar" dedikdə nə demək istəyib?!