Arayik Arutyunyan "çətin qərarlar" dedikdə nə demək istəyib?!

Qondarma “DQR”-in qondarma rəhbəri Araik Arutyunyan bu gün Xankəndində növbəti “kadr dəyişikliyi” edib. Özünə yeni Daxili İşlər naziri təyin edib. “Təqdimat mərasimində” Araik gəvəzə-gəvəzə danışıb. Maraqlıdır ki, onun zəvzək danışığı Ermənistanın özündə də birmənalı qarşılanmayıb. Onun “qatıq” danışığında isə İrəvanın “çestinə” dəyən Azərbaycanla zəruri kommunikasiya əlaqələrinin qurulması ifadələri olub.

KONKRET.az “Panorama.am”-a istinadən xəbər verir ki, Arutyunyanın səhv anlaşılan fikirlərinin Araikin aparat rəhbəri Artak Beqlaryan özünün Facebook səhifəsində izahını verib. Beləliklə Beqlaryan yazır:

“26 yanvarda “Artsax”ın “prezidenti” Arayik Arutyunyanın səsləndirdiyi “çətin qərarlar” barədə açıqlaması əslində aşağıdakıların çətin qərarlar olduğunu demək istəyib:

1. Fərdi olaraq bir çoxları çətin bir qərarla qarşılaşırlar: “Artsax”da özləri və ailələri üçün bir gələcək görürlərmi? Dövlət, Vətənimizdə təhlükəsiz və ləyaqətli bir gələcəyin təmin olunması üçün mümkün olan hər şeyi edəcəkdir ki, xalq doğma torpağında yaşayıb yaratsın, uzun və qətiyyətli səylərlə Vətəninin, arzularının inkişafına, möhkəmlənməsinə can atsın.

2. İndiki çətin şəraitdə, o cümlədən təhlükəsizlik və rabitə sistemlərinin işləməsini təmin etmək baxımından Azərbaycanla necə əlaqə quracağımız barədə çətin qərarlar qəbul etməliyik.

3. Status məsələsinə gəlincə, Arayik Arutyunyan çətin şərtlərdə də “Artsax Respublikası”nın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması üçün qətiyyətlə mübarizə aparacağımızı və Azərbaycan daxilində hər hansı bir statusun sadəcə qeyri-mümkün və qəbuledilməz olduğunu vurğulayıb”.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistan nümayəndə heyətinin AŞPA-nın monitorinq prosedurunun inkişafına dair təklifləri rədd edilib

SONRAKI XƏBƏR

Məşhur müğənidən ŞOK ADDIM: Həmcinsi ilə ilk həftədən - FOTO