"Barselona"da prezident seçkilərinin tarixi bəlli oldu

"Barselona"da prezident seçkilərinin tarixi bəlli oldu

"Barselona"da prezident seçkilərinin tarixi açıqlanıb.

Qol.az RAC1 radiosuna istinadən xəbər verir ki, seçkilər martın 7-nə təyin olunub. Seçicilər namizədlərə poçt vasitəsilə səs verəcəklər.

Qeyd edək ki, hazırda 3 nəfərin namizədliyi təsdiqlənib. Bunlar Joan Laporta, Viktor Font və Toni Freyşadır. Laporta 2003-2010-cu illərdə də "Barselona"nın prezidenti olub. Son olaraq Jozep Maria Bartomeu "Barselona"ya rəhbərlik edib.
Xatırladaq ki, "Barselona"da prezident seçkiləri koronavirus pandemiyasına görə təxirə salınmışdı.

Mənbə: qol.az