Həyasızlığın erməni nümunəsi

Həyasızlığın erməni nümunəsi

Tarixən heç nəyi olmayan insan və ya xalqlar, adətən, bunu özgələrindən əldə etməyə, lori dildə desək, oğurlamağa çalışırlar. Nə tarixi vətəni, nə də çox geniş maddi-mənəvi zənginliyi olmayan ermənilər tarixən həyatda daha çox yalan, yaltaqlıq və terror nəticəsində qorunmağa çalışmışlar. Məsələ bundadır ki, erməni həmişə oğurluq etsə də, çox vaxt oğurladıqlarından sonadək bəhrələnməyə vaxt tapmamışlar. Buna baxmayaraq, onlar indi də utanmadan və çəkinmədən öz yalanlarını həqiqət kimi qələmə verirlər.

Aşağıdakı qeydlərdə SİA ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan torpaqlarından il ərzində 100 milyonlarla hesablanan ogurluqlarına diqqət çəkməyə çalışacaq. Əslində bu rəqəm əsl reallıqları əks etdirmir. Çünki, il ərzində ermənilərin bizdən oğurladıqları 100 milyon təkcə kənd təcərrüfatını əhatə edir. Beləliklə, "Ermənistanın Aqrar-Kəndli Birliyi" QHT-nin sədri Qraç Berberiyan ötən gün erməni jurnalistlər üçün keçirdiyi mətbuat konfransında müharibədən sonra ermənilərin işğal altında saxladəqları Azərbaycan ərazilərində nar, şaftalı, ərik və digər meyvələrin yetişdirildiyi 3000 hektar bağ, 50.000 hektar buğda tarlasından, ən az 200 hektarlıq soğan sahəsindən məhrum olduqlarını bildirib. Qarabağdan Ermənistana 100 min ton buğda idxal edildiyini bildirən Qraç Berberiyan belə bir mənbənin itirilməsini buğdanın idxalı üçün ölkənin əvvəlkindən 20-30 milyon çox dolların xərcləməsi olacağını etiraf edib. Maraqlıdır ki, "səlahiyyətlilər buna görə cavab verməlidir" deyən erməni rəsmisi elə erməni həyasızlığını da nümayiş etdirməkdən çəkinməyib. Belə başa düşülür ki,

Qeyd edək ki, Ermənistan iqtisadiyyat nazirinin Türkiyə ilə ticarətlə bağlı açıqlamasına diqqət çəkən QHT sədri: "Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalı yolu ilə bioloji hücumların həyata keçirildiyindən şübhələnirik"-deyə öz xoflu niyyətini də ortaya qoymuş olub.

Mənbə: sia.az