İran Bağdadın "Hörmüz xahişi"ni yerinə yetirdi

İran Bağdadın "Hörmüz xahişi"ni yerinə yetirdi

İran Hörmüz boğazında İraq gəmiçiliyinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.

Bu barədə "IRNA" xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibafın İraqa səfəri zamanı Bağdadın əsas xahişlərindən biri İraq tankerləri üçün xüsusi icazə almaq olub.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başladılar. İyun ayında isə tərəflər münaqişəyə son qoymaq və Hörmüz boğazında gəmiçiliyin bərpası üçün zəmin yaratmaq məqsədilə müvəqqəti saziş imzaladılar. Lakin sonradan saziş pozuldu.

Müəllif: Tural

Mənbə: publika.az