Tunisdə etirazçılar parlament binasına daxil olmağa cəhd edib - VİDEO

Tunisdə etirazçılar parlament binasına daxil olmağa cəhd edib - VİDEO

Tunisin paytaxtında etirazçılar parlament binasına basqın etməyə çalışıblar.

Bu barədə Al Hadath telekanalı məlumat yayıb.

Qeyd olunur ki, polis parlament binasına aparan küçələrdə nəqliyyatın və insanların hərəkətinə qadağa qoyub.

Etirazçılar hökumətə qarşı şüarlar səsləndirərək ölkədə repressiyalara son verilməsini və əvvəlki nümayişlərdə həbs olunanların sərbəst buraxılmasını tələb edir.

Mənbə: paralel.az