Ukrayna bu il ölkədə NATO-nun təlimlərinin keçirilməsinə icazə verib

Ukrayna Ali Radası 2021-ci ildə ölkə ərazisində NATO-nun təlimlərinin keçirilməsinə icazə verib.

AZƏRTAC xəbər verir ki, Ali Radanın iclasında bununla bağlı qanun layihəsi qəbul edilib. Qanun layihəsinə əsasən, NATO 2021-ci ildə Ukrayna ərazisində geniş, çoxmillətli birgə hərbi təlimlər keçirə biləcək.

Qanun layihəsində NATO-nun Ukrayna ərazisində 7 birgə təlimin keçirəcəyi nəzərdə tutulub. Bu təlimlərdə 19 minə yaxın hərbçinin, 17 təyyarə və helikopterin iştirakı planlaşdırılır.

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Yer kürəsi yaxınlığından böyük asteroid keçəcək

SONRAKI XƏBƏR

UEFA Bakıda keçiriləcək 1/4 finalla bağlı qərarını dəyişmədi