ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "P-8A Poseidon" patrul təyyarəsi Tayvan boğazı üzərindən beynəlxalq hava məkanında uçuş həyata keçirib.
Bu barədə "Reuters" agentliyi ABŞ Hərbi Dəniz Qüvvələrinin Yeddinci Donanmasına istinadən məlumat verib.
Qeyd edək ki, daha əvvəl Tayvan ABŞ ilə gizli hərbi əməkdaşlığının detallarını açıqlayaraq ABŞ hərbçilərinin adaya döyüş təcrübəsi mübadiləsinə və Çinlə mümkün münaqişəyə hazırlığı artırmağa kömək etdiklərini bildirmişdi.
Mənbə: oxu.az