Bütün döyüşlərdən sağ çıxan GENERAL - Bakıda qurduğu planlar... / FOTO

Redaktor.az əfsanəvi Fransa generalı Şarl de Qolla bağlı məqaləni təqdim edir.

Şarl de Qoll (1890-1970) fransız general və siyasətçidir. İkinci Dünya müharibəsində alman faşistlərinə qarşı Müqavimət hərəkatına rəhbərlik edib. 1944-46-cı illərdə Fransada yaradılmış müvəqqəti hökumət onun rəhbərliyi altında fəaliyyət göstərib. de Qollun "Qollizm" ideologiyası bu gün də Fransa siyasətində böyük rol oynayır.

De Qoll Lilldə təhsilli, katolik, konservativ, bununla belə, mütərəqqi, intellektual ailədə anadan olub. Birinci Dünya müharibəsi zamanı 12 avqust 1914-cü ildə de Qoll 5-ci ordunun tərkibində hərbi döyüşlərdə iştirak edir. Üç gün sonra Dianada yaralanır və ordu sıralarına müalicə olunduqdan sonra oktyabr ayında qayıda bilir. Tezliklə o, o kapitan kimi rota komandiri olur. Verden döyüşlərində növbəti dəfə yaralanır. Döyüş meydanında atılmış de Qoll Fransa rəhbərliyi tərəfindən “ölümündən sonra” hərbi mükafatlara layiq görülür. Ancaq o, sağ qalır. Onu düşmən tərəfi Maysen hərbi hospitalında müalicə edir və qəsrdə həbsə məhkum edirlər.

İkinci dünya müharibəsi başlayan zaman de Qoll polkovnik rütbəsinə malik idi. 14 may 1940-cı ildə ona yeni alaya komdanlıq etməyi həvalə edirlər. İyunun 1-dən o briqada generalının vəzifəsini icra etməyə başlayır. Bu vəzifə müharibənin başlaaması il əlaqədar olaraq rəsmi təsdiq oluna bilmir və o müharibədən sonra yalnız polkovnik pensiyası alır.

De Qollun əsas məqsədi Afrika, İndoçin və Okeaniyada olan Fransa koloniyalarını fransız patriotları tərəfinə çəkməkdən ibarət idi. Dakarı zəbt etmək cəhdi boşa çıxdıqdan sonra o, Konqoda İmperiya müdafiə şurası yaradır. Bu andan başlayaraq de Qoll öz fəaliyyəttinin milli və tarixi köklərini müəyyənləşdirir.

6 iyun 1944-cü ildə mütəffiq ordusu Normandiyaya uğurla daxil olur və bununla Avropada ikinci döyüş cəbhəsi açılır. De Qoll azad olunmuş Fransa torpağında qısa müddət olduqdan sonra Vaşinqtona səfər edir. Səfərin məqsədi Fransaya öz müstəqilliyini qaytarmaq idi.

İşğalçılara qarşı mübarizə aparan polkovnik Rol Tanqinin komandanlığı altında Parisə yol açıldıqdan sonra 25 iyun 1945-ci ildə de Qoll azad olunmuş şəhərə gəlir. Parisdə de Qoll ilə görüşmək üçün minlərlə insan küçələrə çıxır.

O, müharibədən sonra, 13 noyabr 1945-ci ildə müvəqqəti hökumətin başçısı təyin edilir. Parlamentdə kommunistlər və sosial demokratlar arasında olan ziddiyətlərə görə de Qoll 20 yanvar 1946-cı ildə istefa verir. De Qoll dövlət konstusiyasında prezidentinin rolunun möhkəmləndirilməsinə cəhd etsə də, parlamentdə çoxluq hakimiyyətin onların əlində qalmasını istəyirdi. Öz ideyalarını həyata keçirmək üçün 1947-ci ildə yeni siyasi hərəkat yaradır.

De Qoll hakimiyyəti zamanı 23 noyabr 1959-cu ildə "Avropa Atlantikadan Urala qədər" məşhur çıxışını edir. O, anqlo-saksoniya qruplaşmasına qarşı Avropa dövlətlərinin birləşməsini təklif edir.

De Qoll Almaniya kansleri Adenaurundan ingilis planına qarşı çıxmağa öhdəlik alır. Onun Almaniyaya səfəri bütün dünyanı dəhşətə gətirir. İkinci dünya müharibəsində Almaniya ordusuna qarşı vuruşan generalın bu hərkəti Avropa birliyinin yaradılmasında atılan ilk addım hesab olunur.

Şarl de Qoll İkinci Dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri olan Əhmədiyyə Cəbrayılovun izi ilə Bakıya gələrək "Hacinski evində" qalıb. Bakıda olduğu müddətdə Azərbaycan Dövlət Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Koroğlu" operasına da tamaşa edib.

Əhmədiyyə Cəbrayılov Bakıda onunla vacib planlar barədə müzakirə apardıqlarını, mühüm qərar verdiklərini öz müsahibələrində qeyd edib.

Orxan İsmayıl 

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

AŞPA Katibliyinə ilk dəfə qadın rəhbərlik edəcək

SONRAKI XƏBƏR

Türkiyədə 3-ü təqaüddə olan general olmaqla 4 nəfər saxlanılıb