Ermənilərin “Sevan qorxusu”: Çaylar Azərbaycanın nəzarətindədir

Sevan (Göyçə gölü) gölünü, Vorotan və Arpa çaylarının qidalandıran su mənbələri Azərbaycanın nəzarətindədir.

news.am xəbər verir ki, bunu Ermənistanın Ətraf Mühit naziri Romanos Petrosyan 26 yanvarda jurnalistlərlə görüşündə bəyan edib.

Nazir çayların mənbələrinin Kəlbəcər ərazisində olduğunu izah edib.

“Həmyerlilərimizin bütün siqnallarını, ifadə etdikləri narahatlıqlarını araşdırdıq və şərhlərimizlə birlikdə onları Müdafiə Nazirliyinə və Ermənistan Baş nazirinin ofisinə göndərdik”, – deyə o yekunlaşdırıb. 

Turkustan.info

ƏVVƏLKİ XƏBƏR

Kanada dünyanı Çinin uyğur müsəlman - türklərə qarşı zülmünü soyqırım kimi rəsmiləşdirməyə çağırır – Sensasion gəlişmə

SONRAKI XƏBƏR

Paşinyanın blokunda fikir ayrılığı yarandı - Ermənistan mətbuatı