Nazilə Səfərli Ceyhun Bayramova müraciət etdi

Nazilə Səfərli Ceyhun Bayramova müraciət etdi

Şairə Nazilə Səfərli Xarici İşlər naziri Ceyhun Bayramova müraciət edib.

Open.az xəbər verir ki, müraciətdə deyilir:

"Əmim Məmmədov Binəli Allahverən oğlu Rusiyada rəhmətə gedib. Atam Məmmədov Bəhlul Allahverən oğlu qardaşının dəfn mərasimində iştirak etmək istəyir. Bu onun haqqıdır. Dəfn mərasimi Gürcüstanda baş tutacağına görə ölkədən çıxa bilmir. Anlayıram dünya pandemiya ilə savaşır. Yenə də problemimiz tək covid deyil!

Dünəndən hər yerə baş vurmuşuq. XİN ,Baş Qərərgah,Gürcüstan Səfirliyi hamı bir-birinə ötürür. İmzalayın ,xahiş edirəm incitməyin bizi. Öz dərdimiz özümüzə bəsdir.Bu həssas dönəmdə ailəmə köməklik göstərməyinizi xahiş edirəm."

Mənbə: open.az