İsrailli general İrana qarşı əməliyyat planlarından danışıb

İsrailli general İrana qarşı əməliyyat planlarından danışıb

İsrail İrana qarşı əməliyyat planlarını yeniləmək qərarına gəlib.

Eurasia Diary “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, bu barədə İsrailin general-leytenant Amir Kohavi Milli Təhlükəsizlik üzrə Tel-Əviv Universitetində çıxışı zamanə bildirib.

Onun sözlərinə görə ABŞ-ın 2015-ci il nüvə razılığına geri dönməsi böyük bir xəta ola bilər.

“2015-ci il nüvə razılığına qayıdış və ya müxtəlif irəliləyişlər daxil olmaqla buna bənzər bir razılıq həm əməliyyat, həm də starteji nöqteyi-nəzərdən pis olacaq”, deyə İsrailli general söyləyib.

Bundan əlavə, Kohavi İranın nüvə silahına sahib ola biləcəyi xəbərdarlığını edib.

"Bu əsaslı təhlilə istinadən İsrail Müdafiə Qüvvələrinə hazırkı planlara əlavə olaraq bir sıra əməliyyat planları hazırlamağı tapşırmışam. Əlbəttə bunun həyata keçirilməsinə qərar vermək siyasi rəhbərliyə aid olacaq, lakin bu planların masada olması lazımdır”, deyə Kohavi söyləyib.

Siyasi təhlilcilərin qərarlarına görə İsrailli generalın bu qərarı Bayden administrasiyasına bir mesajdır.

Mənbə: ednews.net