"Kərkinin əsas problemi onun strateji mövqedə olmasıdır" - Harutyunyan

"Kərkinin əsas problemi onun strateji mövqedə olmasıdır" - Harutyunyan

Tiqranaşenin (Kərki - red.) Azərbaycana verilməsi Ermənistanın cənub bölgələri ilə nəqliyyat əlaqələrinə ciddi risklər yaradacaq və ölkənin təhlükəsizliyi üçün uzunmüddətli nəticələrə səbəb ola bilər.

Bunu Ermənistanın keçmiş Baş naziri və parlamentin keçmiş spikeri Xosrov Harutyunyan deyib.

Harutyunyanın sözlərinə görə, Kərkinin əsas problemi onun strateji mövqeyindədir. Bu əraziyə Azərbaycanın nəzarəti ölkənin mərkəzi hissəsi olan Vayots Dzor və Sünik arasındakı yol əlaqələrinə əlavə təhlükə yarada bilər: "Əgər Tiqranaşen Azərbaycana təhvil verilərsə, bir neçə həftə ərzində hərbi bazaya çevrilməyəcəkmi? Şübhəsiz ki, belə olacaq. Bu o deməkdir ki, cənuba gedən əsas yol Azərbaycanın nəzarəti altına keçəcək. Sanki bir tərəfdə Cermukun, digər tərəfdə isə Tiqranaşenin üzərində dayanacaqlar. Bu da öz növbəsində Sünik və Vayots Dzorla rabitəni iflic edəcək və oradakı erməni əhalisinin köçünə səbəb olacaq".

O bildirib ki, oxşar risklər Bərxudarlı məsələsində də mövcuddur. Harutyunyan bu əraziləri strateji baxımdan vacib hesab edir və xəbərdarlıq edir ki, onların Azərbaycanın hərbi nəzarətinə verilməsi və ya orada hərbi infrastrukturun yerləşdirilməsi Ermənistanın ərazi bütövlüyünə təhlükə yarada bilər.

Ağarza Elçinoğlu


Mənbə: unikal.az