Dövlət qayğısının növbəti təzahürü - VİDEO

Dövlət qayğısının növbəti təzahürü - VİDEO

Ötən il rekord sayda 1500 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin edilib. Ümumilikdə isə bu kateqoriyadan olan 9100 nəfərə mənzil və fərdi evlər verilib. Prezident İlham Əliyevin 25 yanvar tarixli sərəncamı ilə bu proses 2025-ci ilədək davam etdiriləcək. Bu proqram həmçinin Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsləri, 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrini əhatə edəcək.

Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun sözlərinə görə təqdim ediləcək mənzillər tam təmirlidir və bu proses bəzi rayon və şəhərlərdə artıq fevral ayından etibarən həyata keçirilməyə başlıyacaq.

Vüqar Behbudov həmçinin qeyd etdi ki, fərdi evlər üçün torpaq sahələri ayrılan zaman yerli icra orqanları tərəfindən bütün kommunal şəraitin mövcudluğu nəzərə alınır. Bu da mənzillə təmin edilən vətəndaşların heç bir narahatlığına səbəb yaratmayacaq.

 

Mənbə: www.realtv.az