Müvəkkil Hüquq Mərkəzi ermənilərin təhdidlərilə bağlı bəyanat verdi

Müvəkkil Hüquq Mərkəzi ermənilərin təhdidlərilə bağlı bəyanat verdi

Müvəkkil Hüquq Mərkəzi Norveçdə yaşayan soydaşımıza yönəlik təhdidlər ilə bağlı bəyanat yayıb.

Eurasia Diary həmin bəyanatın mətnini təqdim edir:

Norveçdə yaşayan Azərbaycan əsilli norveç vətəndaşı CAN təşkilatının rəhbəri Servin Nəcəfpurun Qarabağla bağlı Azərbaycan həqiqətlərini dünyaya çadırmasına qarşı erməni lobbisi tərəfindən təhdid edilməsini qəti şəkildə pisləyirik. Bu Servin Nəcəfpurun fəaliyyətinə qarşı davamlı həyata keçirilən təhdidlər seriyasındandır.

Belə ki, 44 günlük müqəddəs Vətən müharibəsi dönəmində CAN təşkilatı Norveç mətbuatında məqalələr dərc etdirməklə, Qarabağ müharibəsinə dəstək məqsədi ilə aksiyalar təşkil edərək həmçinin Oslo şəhərində Qarabağ həqiqətləri barədə məlumat verən 200 bilbord quraşdırmaqla Azərbaycana böyük dəstək vermişdir. Onun bu fəaliyyəti Norveçdəki erməni lobbisini təşvişə salmışdır. Ermənilər S.Nəcəfpur haqqında iftra və qaryaxmalar dolu bir neçə məqalə derc etmişdir. Bundan başqa onun təmsil olunduğu Mühafizəkərlar Partiyasından təcili uzaqlaşdırılması üçün çağrışlar edilməkdədir.

Azərbaycan və Türkiyə diaspora təşkilatları dövlət qurumlarını həmçinin hər iki dövlətin diplomatik korpusunun əməkdaşlarını soyadşımız Servin Nəcəfpura qarşı yönəlmiş təhdidləri aradan qaldırmaq üçün birgə fəaliyyətə çağırırıq.

Müvəkkil Hüquq Mərkəzinin
sədri Səməd Vəkilov
27 yanvar 2021-ci il

 

Mənbə: ednews.net