Ukrayna və Macarıstan arasında mövcud mübahisələrin həllinə dair razılıq əldə olunub

Ukrayna və Macarıstan arasında mövcud mübahisələrin həllinə dair razılıq əldə olunub

Eastnews.org-un verdiyi xəbərə görə, Ukrayna və Macarıstan xarici işlər nazirləri Dmitri Kuleba və Peter Siyarto dil və təhsil mübahisələrini həll etmək üçün iki ölkənin mütəxəssislərinin birgə fəaliyyət göstərməsi barədə razılığa gəliblər.

Məlumata əsasən, Kuleba bunu Kiyevdə Siyarto ilə birgə mətbuat konfransında söyləyib.

"Bu gün problemləri həll etmək istəyən və yeni problemlər yaratmaq istəməyən tərəfdaşlar olaraq danışdıq. Buna görə də yaxın vaxtlarda Ukrayna-Macarıstan təhsil üzrə işçi qrupunun iclasının, eləcə də onlayn biznes forumunun keçiriləcəyi barədə razılığa gəldik”, - deyə Kuleba əlavə edib.

Macarıstanın XİN rəhbəri, öz növbəsində, ukraynalı həmkarı ilə əldə etdiyi razılaşmaları təsdiqləyərək deyib: "Münasibətlərimizdə müəyyən gərginliyə səbəb olan dil qanunu üzərində birlikdə işə başlamaq üçün nazirə müraciət etdim. Təhsil qanununun necə tətbiq olunacağına dair səlahiyyətli bir işçi qrupu yaratmaq istəyirik”.

 

Mənbə: eastnews.org