Dövlət Departamentinin yeni rəhbəri: Dünyaya ABŞ-ın liderliyi lazımdır

Beynəlxalq ictimaiyyətin Vaşinqtonun rəhbərliyinə ehtiyacı var, çünki məhz onun istiqamətverici rolu dünyanın qlobal problemlərinin öhdəsindən daha yaxşı gəlməyə imkan verəcək.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, ABŞ-ın yeni dövlət katibi Entoni Blinken bunu Dövlət Departamentində təbrik çıxışı zamanı deyib.

"Dünyanın Amerikanın liderlik roluna ehtiyacı var və biz də bu rolu oynayacağıq. Çünki dünyanın problemləri Birləşmiş Ştatlarla birlikdə həll etmək və onların öhdəsindən gəlmək ehtimalı daha yüksəkdir", - deyə “İnterfaks” E.Blinkendən sitat gətirib.

O qeyd edib ki, ABŞ hələ də dünya arenasında ümumi rifah naminə digər ölkələri səfərbər etmək üçün ən böyük potensiala malikdir.

Virtualaz.org

ƏVVƏLKİ XƏBƏR

Ukrayna Hərbi Dəniz Qüvvələri bu il “Bayraktar TV2” pilotsuz aparatlar kompleksini alacaq

SONRAKI XƏBƏR

Bakıda qadın yol qəzasında xəsarət aldı