Ukrayna Hərbi Dəniz Qüvvələri bu il “Bayraktar TV2” pilotsuz aparatlar kompleksini alacaq

Eastnews.org-un verdiyi xəbərə görə, bu il Ukrayna Hərbi Dəniz Qüvvələri Türkiyə istehsalı olan “Bayraktar TV2” pilotsuz aparatlar kompleksini alacaq.

Bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Aleksey Neijpapa Odessa şəhərindəki Türkiyənin “Baykar Makina” şirkətinin nümayəndələri ilə görüş zamanı bildirib.

“Bu il Ukraynanın Hərbi Dəniz Qüvvələri həm quruda, həm də dənizdə fəaliyyət göstərəcək pilotsuz aparatlar kompleksini əldə edəcək”, - deyə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin komandanı vurğulayıb.

“Baykar Makina” şirkətinin Baş direktoru Xaluk Bayraktar isə deyib: “Biz pilotsuz uçuş kompleksləri hazırlayırıq. Ukraynaya dəstək olaraq ən son texnologiyaları təqdim edirik. Biz qarşıya qoyduğumuz məqsədlərə birgə nail olmaq üçün Ukrayna tərəfdaşları ilə öz təcrübəmizi həmişə bölüşəcəyik”.

Eastnews.org

ƏVVƏLKİ XƏBƏR

Türkiyədən Rusiyaya gedən yük gəmisində PROBLEM YARANDI

SONRAKI XƏBƏR

Dövlət Departamentinin yeni rəhbəri: Dünyaya ABŞ-ın liderliyi lazımdır