"Ən yaxşı erməni elə Paşinyan imiş" - Keçmiş maliyyə naziri

"Ən yaxşı erməni elə Paşinyan imiş" - Keçmiş maliyyə naziri

"Belə çıxır ki, ən yaxşı erməni elə Paşinyan imiş. Bu adam tərəfimizdən nə qədər döyülsə də, söyülsə də olan budur ki, o, bizə torpaqlarımızı qısa zamanda qaytarmağımızın yolunu açdı – bizi müharibəyə təhrik etdi. Yoxsa sülh danışıqları hələ bir otuz il də davam edə bilərdi."

Miq.Az xəbər verir ki, bu sözləri özünün şəxsi feysbuk səhifəsində keçmiş maliyyə naziri Fikrət Yusifov yazdığı statusunda bildirib:

"Müharibəni uduzmasına və bu səbəbdən Putinin dur deməsinə baxmayaraq, Paşinyan durmadı və bunun əvəzində Hadrutu, Şuşanı və başqa əraziləri də uduzdu! Paşinyan bu ağır, aşağılayıcı məğlubiyyətlə Ermənistanı bir dövlət kimi yerlə yeksan etdi! Təslim olduqdan sonra isə bizə on illər boyu ermənilərin əlmizdən aldıqları digər sərhədlərimizdəki torpaqlarımızı qaytarmaqda yardımçı oldu! Məğlubiyyət ardından məğlubiyyət yaşadığından bağıraraq Qarabağdan kənarda yerləşən dədə-baba torpaqlarımızın qaytarılmasına etiraz edən ermənilərin cavabını verib, onlara dedi ki, bu torpaqlar sizin deyil, Azərbaycanındır! Parlamentdə Şuşa davası döyənlərə isə dedi ki, Suşa sizin deyil, orada yaşayanların böyük əksəriyyəti azərbaycanlılar idi, bu səbəbdən də Şuşa Azərbaycana məxsusdur!"

Keçmiş maliyyə naziri Fikrət Yusifov qeyd edib ki, Dağlıq Qarabağın muxtariyyat statusu ləğv edilsə də Şuşa keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin inzibati ərazi bölgüsünə daxil idi – yəni ermənilərin Şuşa ilə bağlı "əl tutan” yerlərivar idi:

"Daha bu adamdan biz nə istəyirik ki? O, bir az da hakimiyyətdə qalsa, hələ bizə çox itirdiklərimizi qaytarmaqda kömək edəcək! Odur ki, biz Paşinyanı mütləq dəstəkləməliyik. Bir anlıq təsəvvür edin - Putin Ermənistana gedərkən türmədə ziyarət etdiyi yaxın dostu-qardaşı, türk cəlladı Koçaryanı Paşinyanın yerinə gətirir. Bilirsiniz onda nə olar? Yəqin hər birimiz bunun fərqindəyik! Ona görə Paşinyandan yaxşı erməni yoxdur deyəndə məni qınamayın. Ermənin yaxşısı yoxdur, olmur və heç vaxt olmayacaq! Ancaq bu düzəndə Paşinyan bizim üçün yaxşı erməni rolundadır! Hiss edirəm ki, onun ali məqsədi Ermənistanı rusların caynağından qoparıb Qərbə aparmaqdır. O bu yolda nəinki Qarabağı, hətta balaca Ermənistanın bir hissəsini də itirməyə hazırdır. Onun bu arzusunun reallaşması nə qədər qeyri-mümkün görünsə də hesab edirəm ki, Paşinyanın bir siyasətçi kimi yaxşı duyumu var. Heç şübhəsiz, elə bu duyum ona Rusiyada baş verən son olayları öncədən hiss etməyə imkan verib. Bölgədə geosiyasət dəyişir və bütövlükdə dünyanın düzəni dəyişir. Gəlin tələsməyək. İndi gözlə görünməsi mümkün olmayan böyük oyunlar hələ qabaqdadır! Rusiyanın caynağından qopacaq Ermənistanı isə türklər idarə edəcəkdir! Onlar buna məhkumdurlar! Qaçacaq yerləri yoxdur!"-deyə Fikrət Yusifov bildirib.

Mənbə: mail.miq.az