Səməd Seyidov: Avropa Şurasının bir çox ölkələrində QHT-lər çətinliklərlə üzləşir

Səməd Seyidov: Avropa Şurasının bir çox ölkələrində QHT-lər çətinliklərlə üzləşir

“Məsuliyyət olmayan yerdə demokratiyanın olması mümkün deyil”.

Open.az xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun qış sessiyası zamanı bildirib.

S.Seyidov Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyətinin yaxşılaşdırılması üçün tədbirlər görüldüyünü bildirib.

"Məsuliyyət olmayan yerdə demokratiyanın olması mümkün deyil. İşimizdə, peşə vəzifəmizi yerinə yetirdiyimiz zamanı, habelə seçicilərimiz qarşısında məsuliyyət daşıyırıq. Biz yeni mərhələyə qədəm qoymaq üzrəyik. Belə bir əlamətdar zamanda hamımız arxayın olmalıyıq ki, qeyri-hökumət təşkilatları da məsuliyyətlə fəaliyyət göstərirlər", - deyə o qeyd edib.

S.Seyidov Avropa Şurasının bir çox ölkələrində qeyri-hökumət təşkilatlarının çətinliklərlə üzləşdiyini bildirib.

"Hesabatda göstərildiyindən fərqli olaraq, qeyri-hökumət təşkilatları Avropa Şurasının çoxlu sayda üzv ölkəsində çətinliklərlə üzləşirlər. Biz elə bir yeni mühit yaratmalıyıq ki, bu mühitdə hamı qeyri-hökumət təşkilatlarına inam göstərsinlər. İnam və məsuliyyət hissi hamımızın işində əsas prinsiplər olmalıdır".

Mənbə: open.az