Türkiyə olmadan hərəkət etmək doğru deyil

Türkiyə olmadan hərəkət etmək doğru deyil

Qarabağdakı Rusiya-Türkiyə Monitorinq Mərkəzi yaxın günlərdə fəaliyyətə başlayacaq.

Rusiya Müdafiə Nazirliyi bu haqda məlumat yayıb ki, Qarabağ bölgəsində atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin tərkibində fəaliyyət göstərəcək rus hərbçiləri atəşkəs rejiminə nəzarəti birgə şəkildə yerinə yetirmək üçün təlim keçir və Azərbaycana getməyə hazırlaşırlar.

"Xalq cəbhəsi" qəzetinin baş redaktoru, siyasi şərhçi Elçin Mirzəbəyli mərkəzin fəaliyyəti ilə bağlı fikirlərini "Şərq"lə bölüşüb. O qeyd edib ki, qardaş ölkənin yanımızda olması bundan sonra daha əhəmiyyətlidir:

"Ölkəmiz ilk gündən Türkiyənin bölgədəki bütün proseslərdə iştirakını vacib sayır. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə, eyni zamanda bölgədə təhlükəsizliyin təmin olunmasında qardaş ölkənin rolu mühüm əhəmiyyət kəsb edir. Türkiyə bölgədə balanslı ədalət yaradan bir dövlətdir.

Düşünürəm ki, hazırkı vəziyyətdə Azərbaycanın qələbəsindən sonra sülhün, əmin-amanlığın bərqərar olması prosesində Türkiyə olmadan hərəkət etmək doğru deyil.

İlkin şəraitdə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi proseslərin normal məcraya yönəlməsinə və bölgədə sakitliyin davamlı olmasına öz töhfəsini verəcək".

Mənbə: sherg.az