Bu il iyulun 7-dən başlayan 2026-2027-ci tədris ili üzrə uşaqların məktəbəqədər təhsil müəssisələrinə elektron qəbulu prosesi "my.gov.az" portalı vasitəsilə həyata keçirilib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zemfira Sevdimalı məlumat verib.
O bildirib ki, elektron qəbul prosesi çərçivəsində 44 335 uşaq məktəbəqədər təhsil müəssisələrinə qəbul olunub.
Mənbə: oxu.az