"Türkiyə Milli Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında Azərbaycan da yer alıb. Qardaş ölkə hərbi mövcudluğunu qoruyub-saxlamaqla bərabər Azərbaycan və Yaxın Şərqdə inkişaf edəcək”.
Bu sözləri “Sherg.az”a politoloq Əhəd Məmmədli deyib. Onun sözlərinə görə, Türkiyə İkinci Qarabağ müharibəsində rəsmən Cənubi Qafqaza daxil oldu:
“Bu, tarixi bir hadisədir və Türkiyə üçün ciddi strateji uğurdur.
Qardaş ölkə uğurunu Cənubi Qafqazda davam etdirəcək. Qeyri-rəsmi də olsa, Türkiyə artıq Azərbaycanda, o cümlədən Suriya, İraq və Liviyada yerləşməyini və hərbi-siyasi mövcudluğunu gücləndirir.
Nə vaxta qədər ki, partiya iqtidarı qardaş ölkədədir, o dövlət mənafelərini dünyada genişləndirməyə davam edəcək”.
Mənbə: sherg.az