ABŞ Rusiyanın raket kompleksini oğurladı

ABŞ Rusiyanın raket kompleksini oğurladı

ABŞ 2020-ci ilin iyulunda Liviyada Pantsir S1 zenit raket komplekslərini ələ keçirib.

Turkustan.info xəbər verir ki, bu məlumatı “Tayms” nəşri yayıb. Məlumata görə, kompleks Liviyadan ABŞ-ın Almaniyadakı bazasına (Ramştayn) gətirilib. Kompleksin ələ keçirilməsi ilə bağlı əməliyyat onun silah qaçaqmalçılarının əlinə keçməsi təhdidi ilə əlaqədar olub.

Qəzet bu kompleksin Xəlifə Haftar ordusuna BƏƏ vasitəsilə verildiyini bildirib. BƏƏ isə onu Rusiyadan alıb.

Kompleksin ABŞ tərəfindən öyrəniləcəyi bildirilib.

Mənbə: turkustan.info