Ötən il Avropa Məhkəməsinin Azərbaycanla bağlı çıxardığı qərarların sayı açıqlanıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2020-ci ildə Azərbaycanla bağlı 74 qərar çıxarıb.

Qazet.az xəbər verir ki, bu barədə təşkilatın bu gün açıqlanmış illik hesabatında bildirilir.

Sənədə əsasən, ötən il məhkəmə Azərbaycanla bağlı baxılması üçün 525 ərizə qəbul edib ki, bunlardan 360-ı rədd edilib, 74 ərizəyə dair də müvafiq qərarlar çıxarılıb. 2019-cu ildə isə Azərbaycanla bağlı 397 ərizə qəbul edilmiş, 427-si rədd edilmiş, 56-sına dair qərarlar verilmişdi.

Həmçinin 2020-ci ildə AİHM-də 159 işlə bağlı Azərbaycan hökumətilə məşvərət işləri aparılıb.

Xatırladaq ki, Azərbaycan 2001-ci ildən Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub. Ölkə ilə bağlı ilk iddia AİHM-də 2006-cı ildə baxılması üçün qəbul edilib.

Qazet.az

ƏVVƏLKİ XƏBƏR

Ermənistanda polislə toqquşma oldu, saxlanılanlar var

SONRAKI XƏBƏR

Portuqaliyanın baş naziri: “Ölkədə koronavirusla bağlı vəziyyət dəhşətlidir”