Ermənistanda polislə toqquşma oldu, saxlanılanlar var

Ermənistanda hökumət binasının qarşısında polis qüvvələri ilə Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar arasında toqquşma olub.

Sabah.az xəbər verir ki, bu barədə TASS-ın hadisə yerində olan müxbiri xəbər verib.

Bildirilib ki, etirazçılar hökumət binasına girməyə cəhd edib.

“Biz binaya daxil olub Paşinyanın istefa verməsini tələb etmək istəyirik”, - deyə aksiya iştirakçılarından biri bildirib.

Etirazçıların digər qismi isə Ermənistan Baş Prokurorluğunun binasına daxil olmağa cəhd ediblər.

Polis qüvvələri bu cəhdin qarşısını alıb. Saxlanılanların olduğu bildirilir.

Sabah.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə-İran sərhədində 81 kilometrlik divar tikildi - VİDEO

SONRAKI XƏBƏR

Ötən il Avropa Məhkəməsinin Azərbaycanla bağlı çıxardığı qərarların sayı açıqlanıb