Ərdoğandan: “Türkiyə pandemiya boyu ABŞ və Çindən sonra ən çox peyvənd layihəsi həyata keçirən üçüncü ölkədir”

Ərdoğandan: “Türkiyə pandemiya boyu ABŞ və Çindən sonra ən çox peyvənd layihəsi həyata keçirən üçüncü ölkədir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin üç yeni peyvənd istehsalına başladığını açıqlayıb.

“Haber Global” məlumat verir ki, bu barədə o, TÜBİTAK və TÜBA Elmi Mükafatları Mərasimində deyib.

“Hazırda üç yeni peyvəndimiz test mərhələsinə başlamaq üzrədir. İnaktiv metodla daha təsirli olmaq üçün bir peyvənd üzərində çalışmağa da davam edirik. Şirkətlərimizi yerli və milli istehsalla bağlı səfərbər etmişik”.

O qeyd edib ki, ÜST-ün məlumatlarına görə, Türkiyə pandemiya boyu ABŞ və Çindən sonra ən çox peyvənd layihəsi həyata keçirən üçüncü ölkədir:

“İnşallah öz peyvəndini hazırlayan, inkişaf etdirən və ixrac edən ölkə kimi beynəlxalq arenada əhəmiyyətli oyunçu olacağıq”.

Mənbə: paralel.az