Portuqaliyanın baş naziri: “Ölkədə koronavirusla bağlı vəziyyət dəhşətlidir”

“Portuqaliyada hazırda koronavirusla bağlı ağır vəziyyət hökm sürür”.

“İnterfaks”ın məlumatına görə, bu sözləri Portuqaliyanın Baş naziri Antoniu Koşta deyib.

“İlluziyalara qapılmaq və rahat həyat yaşadığımızı düşünmək olmaz. Biz bu dövrü hələ bir neçə həftə də yaşayacağıq. Portuqaliyada vəziyyət sadəcə ağır deyil, dəhşətlidir”, - deyə baş nazir bildirib.

Paralel.az

ƏVVƏLKİ XƏBƏR

Ötən il Avropa Məhkəməsinin Azərbaycanla bağlı çıxardığı qərarların sayı açıqlanıb

SONRAKI XƏBƏR

Xəzərin səviyyəsinin enəcəyi proqnozlarına azərbaycanlı alimdən REAKSİYA