Ukraynadan “YAŞAT”a dəstək - VİDEO

Ukraynadan “YAŞAT”a dəstək - VİDEO

Ukraynada yaşayan azərbaycanlıların, Vətən müharibəsində şəhid olmuş hərbçilərin ailələrinə və qazilərə yardım məqsədi ilə yaradılmış “YAŞAT” Fondunun mövcudluqu və fəaliyyətinə dair məlumatlandırılma işlərinin gücləndirilməsi ilə bağlı, Kiyev Azərbaycanlıları Konqressinin idarə heyyətinin iclası keçirilib.

Kiyev Azərbaycanlıları Konqresi sədrinin birinci müavini Fəxrəddin hüseynovun sözlərinə görə, iclasda “YAŞAT” Fonduna köçürüləcək ianələr və Ukraynada yaşayan azərbaycanlıları məlumatlandırılma işlərı barədə tədbirlər planı təsdiqləndi.

Xatırladım ki, Oleq Krapivinin və onun rəhbərlik etdiyi təşkilat, döyüşlər geddiyi zamanda, qələbədən sonrada Azərbaycan Ordusuna, şəhid ailələrinə və qazilərə müxtəlif yardımlar etmişdir. İclasda, döyüşlər getdiyi zaman Xerson vilayətində yaşayan azərbaycanlılar tərəfindən toplanmış humanitar yardımı cəbhə xətdində olan əskərlərə çatdıran Xerson vilayət nümayəndəsi Ağayev Elman fəxri fərmanla təltif edildi.

Mənbə: www.realtv.az