Papa Fransis Ayətullah Sistani ilə görüşəcək

Papa Fransis Ayətullah Sistani ilə görüşəcək

Eastnews.org-un verdiyi xəbərə görə, katolik xristianların ruhani lideri Papa Fransis mart ayında İraqa rəsmi səfər reallaşdıracaq.

Rəsmi səfər çərçivəsində Papa Fransisin bir sıra görüşlər reallaşdıracağı bildirilir.

Bu barədə Babil Kəldani kilisəsi ruhani lideri Luis Rafael 1-ci Sako açıqlama verib.

"Papa Fransis mart ayında İraqa rəsmi səfər reallaşdıracaq. Rəsmi səfər çərçivəsində İraqda yaşayan nüfuzlu din xadimi Ayətullah Seyid Əli Sistani ilə də görüş baş tutacaq", - deyə Luis Rafael 1-ci Sako diqqətə çatdırıb.

Mənbə: eastnews.org