Nazir Trampın İran siyasətini tənqid etdi

Nazir Trampın İran siyasətini tənqid etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Fransa Xarici İşlər naziri Yen Yves Le Drian ABŞ-ın sabiq Prezidenti Donald Trampı tənqid edib.

Xarici İşlər naziri açıqlamasında bildirib ki, Donald Trampın İran İslam Respublikasına qarşı siyasəti nəticə verməyib.

"Bu gün İrana qarşı yeni siyasət aparmaq lazımdır. Müttəfiq ölkələr bu barədə birlikdə düşünməlidir", - deyə Yen Yves Le Drian diqqətə çatdırıb.

O, qeyd edib ki, Fransa ABŞ ilə yeni əlaqələr yaratmaq üçün danışıqlar aparacaq.

Mənbə: eastnews.org