Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək

Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi -

İsveçrədə NATO ilə əməkdaşlığın dayandırılması və ölkənin daha sərt neytrallıq siyasətinə keçməsi ilə bağlı referendum keçiriləcək.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Referendumun sentyabrın 27-də keçirilməsi planlaşdırılır. Təklif qəbul olunacağı təqdirdə İsveçrənin Konstitusiyasında hərbi və müdafiə alyanslarına qoşulma və onlarla əməkdaşlıq etmə, həmçinin sanksiyalara qoşulma qadağan edilə bilər.

Məlumata görə, hazırda sorğularda seçicilərin əksəriyyəti təşəbbüsün əleyhinədir. Respondentlərin 62 faizi təklifə qarşı çıxıb, 36 faizi isə dəstəkləyib.

Bununla belə, sosioloq Fabio Vasserfallen hesab edir ki, tərəflər arasındakı fərq azala bilər. Buna səbəb təşəbbüsü dəstəkləyənlərin kampaniyaya daha çox vəsait xərcləməsidir.

Müəllif: Adəm

Mənbə: publika.az