Tramp İran üzərində qələbəni nə vaxt elan edəcək? - Yeni detallar

Tramp İran üzərində qələbəni nə vaxt elan edəcək? - Yeni detallar

ABŞ Prezidenti Donald Tramp siyasi müttəfiqləri ilə şəxsi söhbətlərində bildirib ki, Hörmüz boğazının açılmasından sonra İranla münaqişədə qələbə qazandığını elan edə bilər.

Bu barədə “The Atlantic” jurnalı administrasiya nümayəndələrinə istinadla məlumat yayıb.

“Tramp boğazdan gəmiçiliyin bərpasından sonra sadəcə qələbə elan etməyə və yoluna davam etməyə meyllidir”, – deyə materialda bildirilir.

Nəşrin məlumatına görə, Ağ Ev rəhbərinin müşavirləri ABŞ-da aralıq seçkilər ərəfəsində iqtisadi məsələlərə diqqəti yönəltməyə, bununla da Respublikaçılar Partiyasından olan namizədlərin mövqelərini möhkəmləndirməyə çağırırlar.

Hüseyn İbadlı

Mənbə: publika.az