"Taliban" nümayəndələri NATO ölkəsində - Onları deportasiya etmək üçün...

"Taliban" nümayəndələri NATO ölkəsində -

“Taliban” hərəkatının nümayəndələri Almaniyaya səfər ediblər.

Bu barədə NDR tele-radio şirkəti məlumat yayıb.

Bildirilir ki, hərəkatın üç nümayəndəsi Almaniyaya qeyri-rəsmi şəkildə gəlib. Onlar Əfqanıstan vətəndaşlarının vətənlərinə deportasiya edilməsinə kömək göstərəcəklər.

“Taliban” nümayəndələrinin vizaları 30 gün müddətində qüvvədə olacaq. Qrup Berlindəki Əfqanıstan səfirliyində yerləşir.

Bundan əvvəl Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı ABŞ-ı ölkəyə dəvət edib. Əfqanıstanın xarici işlər naziri Əmir Xan Muttəki Vaşinqtonu səfirliklərini yenidən açmağa və investisiyalara başlamağa çağırıb.

Hüseyn İbadlı

Mənbə: publika.az