Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından sonra regionda bütün ölkələri əhatə edə biləcək vahid təhlükəsizlik arxitekturasının yaradılması perspektivi gündəmə gələ bilər.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Fidanın sözlərinə görə, hazırda belə bir təhlükəsizlik mexanizminin yaradılması ilə bağlı aktiv danışıqlar aparılmır və məsələ hələlik strateji perspektiv kimi nəzərdən keçirilir.
Türkiyənin xarici işlər naziri vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması regionda yeni təhlükəsizlik mühitinin formalaşmasına imkan yarada bilər.
Hakan Fidan, həmçinin Türkiyə ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın regional sabitliyin təmin edilməsində əsas rol oynadığını qeyd edib.
Mənbə: musavat.com