ABŞ Prezidenti Donald Tramp ölkə ordusunun bu gecə İrana zərbə endirəcəyini bəyan edib.
Bu barədə Tramp "Fox News" telekanalına müsahibəsində İordaniyada ABŞ qoşunlarına edilən hücumu şərh edərkən deyib.
O vurğulayıb ki, Vaşinqton İranın hücumunu cavabsız qoymayacaq.
"Biz onlara ciddi zərbə endirməyə hazırlaşırıq. Cavab olacaq", - deyə Donald Tramp bildirib.
Mənbə: oxu.az