İsveç Rusiya səfirliyinə edilən dron hücumlarına görə heç bir cavab vermir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin Birinci Avropa Departamentinin direktoru Artyom Studennikov “RİA Novosti”yə verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, hər belə hadisədən sonra Moskva İsveç Xarici İşlər Nazirliyinə nota göndərərək hücumların günahkarlarını və təhrikçilərini müəyyən etmək və gələcək təxribatların qarşısını almaq üçün tədbirlər görülməsini tələb edir, lakin bu hallar davam edir.
"Biz israrla İsveç hakimiyyətindən gələcəkdə bu cür hücumların qarşısını almaq üçün hərtərəfli tədbirlər görməsini tələb edirik. İndiyə qədər səlahiyyətli İsveç hakimiyyəti ya bunu etmək iqtidarında olmadığını, ya da istəmədiyini nümayiş etdirib", - Studennikov deyib.
Müəllif: Tural
Mənbə: publika.az