Putinlə görüşdən əvvəl Köçəryanın həbsi - Paşinyanın məqsədi nədir?

Putinlə görüşdən əvvəl Köçəryanın həbsi - Paşinyanın məqsədi nədir?

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 1-də Bişkekdə keçiriləcək ŞƏT sammitində görüşəcəklər.

Bu görüş əvvəlcədən razılaşdırılmışdı. Bu razılaşma əldə edildikdən dərhal sonra Ermənistanın ikinci prezidenti, Putinlə dost olan "Ermənistan" müxalifət blokunun lideri Robert Köçəryan həbs edildi.

Avqustun 31-də Rusiya Prezidenti Vladimir Putin hazırda İrəvandakı istintaq təcridxanasında olan Köçəryanı ad günü münasibətilə təbrik etdi - keçmiş Ermənistan prezidentinin 72 yaşı tamam oldu. Xatırladaq ki, Putin heç vaxt Paşinyanı parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik etməyib.

Proses ekspertlər arasında geniş müzakirə olunur, o cümlədən Rusiyada da.

Bəzi ekspertlər hesab edirlər ki, Paşinyan Rusiya ilə danışıqlar aparmaq üçün Köçəryanı və Ermənistandakı digər siyasi məhbusları istifadə etmək niyyətindədir.

Rusiya Strateji Mədəniyyət Fondunun eksperti Andrey Areşev hesab edir ki, bu, Paşinyanın səhvidir:

"Düşünmürəm ki, bu, düzgün taktikadır, çünki bu cür hiylələrin söhbətə və ya Rusiya-Ermənistan münasibətlərində yığılmış problemlərin ciddi müzakirəsinə konstruktiv təsir göstərməsi ehtimalı azdır. Çox güman ki, bu proses dialoqu daha az məhsuldar edəcək".

Müəllif: Tural

Mənbə: publika.az